📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi İrəvan Çavuşoğluya təkzibedici cavab verdi

2022-10-14 17:36:00

Rəsmi İrəvan Çavuşoğluya təkzibedici cavab verdi

“Praqada keçirilən görüşdə Ermənistan-Türkiyə nizamlanması prosesinin xüsusi nümayəndələrinin Türkiyədə və ya Ermənistanda görüşməsi ilə bağlı razılıq əldə olunmayıb".

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan XİN-in sözçüsü Vahan Unanyan deyib.

O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşlərinin bundan sonra yalnız hər iki ölkədə keçiriləcəyi ilə bağlı bəyanatını şərh edib:

“Sərhədin diplomatik pasport sahiblərinə açılması da daxil olmaqla, müxtəlif təkliflər irəli sürülüb.Bu təkliflərin işlək qaydada müzakirəsi barədə razılıq əldə olunub”.

yenisabah.az