📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Moskva: “Ermənistanı Azərbaycana qarşı dəstəkləmirik”

2021-10-02 16:30:00

Rəsmi Moskva: “Ermənistanı Azərbaycana qarşı dəstəkləmirik”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, o, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

“Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digəör tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik”, - deyə Nebenzya söyləyib.

Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub.