📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Nursultandan Moskvaya "Tərs Sillə": Tokayevdən alternativ enerji marşrutu təşəbbüsü...

2022-07-07 14:23:00

Rəsmi Nursultandan Moskvaya

Rəsmi Nursultan Rusiyanın Qazaxıstan neftinin Avropaya satıla bilməməsi üçün irəli sürüdyü əngəllərə qarşı tədbirlər görür. Belə ki, prezident Qasım-Jomart Tokayev yeni tədbirlər planı çərçivəsində alternativ marşrutun hazırlanmasını tapşırıb. 
Yeni marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Rusiyadan yan keçməklə Qazaxıstandan neftinin ixrac üçün Transxəzər marşrutundan istifadə etməyi nəzərdə tutur. Hazırda Qazaxıstanın ən böyük Tengiz yatağı da daxil olmaqla ixrac etdiyi neftin təxminən 80%-i Xəzər Boru Kəməri Konsorsiumundan keçir.

Ülviyyə, Hurriyyet.az