📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Tehran Trampa cavab verdi

2025-03-07 20:02:28

Rəsmi Tehran Trampa cavab verdi

İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək.

Bu barədə İran xarici işlər naziri Abbas Araqçi AFP-yə deyib.

"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək", - nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib. \\APA