📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Vaşinqtondan təxirə salınan görüşlə bağlı - Açıqlama

2023-06-14 09:47:00

Rəsmi Vaşinqtondan təxirə salınan görüşlə bağlı - Açıqlama

“Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundunun təxirə salınması iş qrafiki ilə bağlı olub”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ tərəflər arasında danışıqların keçirilməsini səbirsizliklə gözləyir: “Məsələlərin həlli üçün açar birbaşa dialoqdur”.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi. Görüş daha sonradan təxirə salınıb.

qafqazinfo.az