📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Respublikaçılar Baydeni korrupsiyada ittiham edərək, impiçmentə gedirlər

2023-09-12 23:34:01

Respublikaçılar Baydeni korrupsiyada ittiham edərək, impiçmentə gedirlər

Nümayəndələr Palatasının komitələri prezident Co Baydenin impiçmenti üçün mümkün səsvermənin elan olunması ərəfəsində rəsmi araşdırmaya başlayır.

Müvafiq tapşırığı qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan olan respublikaçı) elan edib.

"Mən Nümayəndələr Palatasının komitələrinə prezident Co Baydenin rəsmi impiçment təhqiqatına başlamağı tapşırıram. Son bir neçə ay ərzində Nümayəndələr Palatasının respublikaçıları prezident Baydenin davranışına dair ciddi və inandırıcı sübutlar - korrupsiya əlamətləri aşkar ediblər", - o, Konqresdə jurnalistlərə deyib. \\Musavat.com