📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Respublikanski"də müalicə alan xəstə yoxa çıxdı - FOTO

2021-08-28 12:45:00

Respublika Klinik Xəstəxanasında müalicə alan xəstə itkin düşüb.

HURRİYYET.az xəbər verir ki, Xaçmaz rayon sakini 60 yaşlı Bəsti Əhmədova müalicə aldığı xəstəxanadan avqustun 26-sı saat 10:00 radələrində çıxıb və geri qayıtmayıb.

Məlumata görə, B.Əhmədova yaddaş pozğunluğundan əziyyət çəkir. O, son olaraq oğlu ilə danışıb, "su içməyə çıxmışam, xəstəxananı tapa bilmirəm", - deyib. Oğlu, "gözlə olduğun yerdə, gəlirəm", - deyib, lakin daha sonra xanımın mobil telefonuna zəng çatmayıb.

Onu tapmaq hələ də mümkün deyil.