📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü

2026-04-06 20:14:30

Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü

Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.

Məsələ ilə bağlı Rəssamlıq Akademiyasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb.

"Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur", - təhsil müəssisəsinin açıqlamasında deyilir.