Restoranda partlayış: 31 nəfər oldü
2023-06-22 23:15:00
Çinin İnçuan şəhərində restoranda baş verən partlayış nəticəsində 31 nəfər ölüb.
Bu barədə "İHA" məlumat yayıb.
İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Partlayışda aralarında orta məktəb şagirdlərinin də olduğu 31 nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb.
Xəsarət alan 7 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar davam etdirilir. \\Demokrat.az