📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsul Quliyev prezident seçkisi ilə bağlı qərar verdi

2023-12-23 22:08:58

Rəsul Quliyev prezident seçkisi ilə bağlı qərar verdi

Milli Məclisin eks-spikeri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcək.

O, bununla bağlı fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına müraciət edib. Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.

Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri gələn il fevralın 7-də keçiriləcək. \\Bakupost.az