📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Reyhan Müslümova dedi ki, səndən musiqiçi olmaz" - Xəyyam Nisanov

2021-10-27 20:39:00

Əməkdar artist Xəyyam Nisanov mərhum müğənni Reyhan Müslümova ilə bağlı etiraf edib.

Müğənni Kazım Sübhanın "Özəl" proqramında R.Müslümovanın onu ifaçı kimi görmədiyini deyib:

"Reyhan Müslümova məni dinlədi və dedi ki, bundan musiqiçi çıxmaz. Onun musiqidən xəbəri yoxdur. Amma mənə inandı, dedi ki, onunla məşğul olmalıyıq. Həyat yoldaşı da musiqiçi idi. Dedi ki, onu öyrətməliyik, yoldaşı razılaşmadı. Amma Reyhan Müslümova məni öz öhdəsinə götürdü və ona sübut etdi. Mən də çalışırdım, əziyyət çəkirdim. Çünki mənə etibar etmişdi, bunu etməliydim. İlk çıxışım "Tut ağacı" mahnısı oldu. Atamın yaradıcılıq gecəsində oxudum". \\Axşam.az