Reytinqlərdə “Uzak Şehir”ə böyük şok
2026-04-14 22:52:20
"Uzak Şehir" serialında son bölümdən sonra izləyicilərin mənfi rəyləri artıb, reytinqlərdə isə diqqətçəkən eniş qeydə alınıb.
Musavat.com xəbər verir ki, serialın baş rollarını Sinem Ünsal və Ozan Akbaba paylaşır. Uzun müddət bazar ertəsi günlərinin zirvəsində olan layihədə son dəyişikliklər izləyici marağına mənfi təsir göstərib.
Son bölümlərdə Ceren Moray tərəfindən canlandırılan “Meryem” obrazının süjetə daxil olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər tərəfindən “hekayə zəifləyib”, “klişeləşib” kimi tənqidlər səsləndirilib və bu narazılıq reytinqlərdə də özünü göstərib.