📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Reznikov müharibənin baş verəcəyi şəhərləri açıqladı

2021-12-06 10:00:00

Reznikov müharibənin baş verəcəyi şəhərləri açıqladı

Böyük Britaniya, Kanada və ABŞ öz qoşunlarını ölkənin Rusiyanın irimiqyaslı hücumu zamanı cəbhə mövqelərinə çevrilə biləcək bölgələrinə yerləşdirməlidir.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Müdafiə naziri anqlo-sakson müttəfiqlərini NATO-dan kənarda Ukraynaya yardım göstərməyə, xüsusən də ölkəyə daha çox hərbi təlimatçı göndərməyə çağırıb:

"Yaxşı olardı ki, kanadalı təlimatçılar Xarkovda, Mariupolda, Kramatorskda, Odessada və Zmeyni adasında yerləşdirilsinlər. Sizin burada olmağınız ruslar üçün "yaxşı" əlamət olacaq".