📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RF MN açıqlama verdi - Ukrayna irimiqyaslı dron hücumu edib

2024-03-13 11:05:35

RF MN açıqlama verdi - Ukrayna irimiqyaslı dron hücumu edib

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Rusiyaya irimiqyaslı dron hücumu qeydə alınıb. Rusiya tərəfi hücum zamanı təyyarə tipli dronlardan istifadə edildiyini bildirib. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamasına görə, ötən gecə və martın 13-ü səhəri ərzində RF Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın 58 dronunu vurublar.
Belqorod vilayəti üzərində 11, Bryanskda 8, Voronejdə 29, Kurskda 8, Ryazan və Leninqrad bölgələrinin hərəsində 1 dron vurulduğu bildirilir.
Bəlli olduğu kimi, bir qədər əvvəl Ryazan vilayətinin qubernatoru dron hücumu nəticəsində neft zavodunda yanğın baş verdiyini bəyan edib.
Hürr Tərcüman