RF MN elmi-tədqiqat institutunun binası yanır, ölənlər var
2022-04-21 17:21:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin əsas tədqiqat institutlarından birində yanğın başlayıb.
Tver şəhərində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin II Mərkəzi Elmi-Tədqiqat İnstitutunun əsas binası yanır. Yanğın binanın damını uçurub. İki nəfərin həlak olduğu, 30 nəfərin isə zərər çəkdiyi bildirilir. Bir nəfər itkin düşüb. Mətbuat isə 5 nəfərin həlak olduğunu yazıb.
Hürr Tərcüman