📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RF XİN: "Ankara ilə İrəvanın yaxınlaşması..."

2025-04-18 17:50:11

RF XİN:

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi İrəvanla Ankaranın yaxınlaşmasının Cənubi Qafqazda sabitliyin əsas faktoru olduğunu bildirib.
Bu barədə açıqlama RF XİN-in rəhbərinin müavini Mixail Qaluzinin Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üzrə xüsusi təmsilçisi, parlamentin vitse-spikeri Ruben Rubinyan ilə telefon danışığından sonra verilib.
Söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və 3+3 regional platformasında qarşılıqlı təsiri müzakirə ediblər.
Rubinyan Rusiya tərəfinə Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan son addımlar barəsində məlumat verib.
RF XİN dialoqun kosntruktiv atmosferdə keçirildiyini bildirib.
Hürr Tərcüman