📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“RIA Novosti” agentliyinin jurnalisti cəbhədə həlak oldu

2023-07-22 16:33:00

“RIA Novosti” agentliyinin jurnalisti cəbhədə həlak oldu

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ordusunun bir qrup rusiyalı jurnalistə artilleriya zərbəsi endirdiyini, onlardan biri, RIA Novosti-nin müxbiri Rostislav Juravlyouin aldığı yaralardan öldüyünü bildirib.

Hurriyyet.az xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində baş verib.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri “İzvestiya” İnformasiya Mərkəzinin və RIA Novosti xəbər agentliyinin bir qrup jurnalistinə artilleriya zərbəsi endirib. 

4 jurnalist müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təxliyə zamanı “RIA Novosti” agentliyinin jurnalisti Rostislav Juravlyov kaset sursatının partlaması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. (yenisabah)