📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“RİA NOVOSTİ” AZƏRBAYCANDA BLOKLANDI – FOTO

2022-06-04 10:32:00

“RİA NOVOSTİ” AZƏRBAYCANDA BLOKLANDI – FOTO

Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb. 

Hurriyyet.az xəbər verir ki, ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.

Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.