Rihanna övladları ilə - Fotolar
2026-10-11 13:17:28
Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib.
Hurriyyet.net xəbər verir ki, müğənni həmin fotoşəkilləri özünün “Instagram” səhifəsində paylaşıb.
Onlar “Savage X Fenty” brendinin Milad kolleksiyasına aid, üzərində eyni naxışlar olan qırmızı pijamalarda fotolar çəkdirib.
Məşhur ulduz övladları ilə birlikdə oyun çadırının içərisində, həmçinin müxtəlif uşaq mövzulu dekorasiyalar fonunda poza verib.



