📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Riqada sovet abidəsi söküldü, ayağa ermənilər qalxdı

2022-05-16 09:31:00

Riqada sovet abidəsi söküldü, ayağa ermənilər qalxdı

“Riqanın xilaskarları” abidəsinin sökülməsi qərarına etiraz olaraq Latviyanın Ermənistandakı fəxri konsulluğunun binası qarşısında aksiya keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Latviya hökumətinin qərarına etiraz əlaməti olaraq bir qrup İrəvan sakini konsulluğun binası qarşısına gələrək oraya gül qoyublar.

Aksiya iştirakçısı Alla Akopyan Latviya hakimiyyətinin abidənin sökülməsində traktorlardan istifadəsini Yuqoslaviyadakı “buldozer inqilabı” ilə müqayisə edərək, bunu anqlosaksların üslubu adlandırıb.