📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rişi Sunak İsraildədir - Yenilənib - Foto

2023-10-19 10:46:36

Rişi Sunak İsraildədir - Yenilənib - Foto

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün İsrailə gedəcək.

Hurriyyet.az xəbər verir ki, səfər çərçivəsində Sunakın ölkə Prezidenti İshak Hersoqla və israilli həmkarı Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 18-i ABŞ Prezidenti Co Bayden İsrailə səfər etmişdi.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

***

“Sky News” xəbər verir ki, Rişi Sunak artıq İsraildə səfərdədir.

O, İsrail səfərindən sonra Yaxın Şərq regionunun daha bir neçə ölkəsinə səfər edəcək.