📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rişi Sunak mübarizəyə başladı – bu gün 14 yaşı olanlara ömürlük qadağan ediləcək

2023-10-05 10:50:01

Rişi Sunak mübarizəyə başladı – bu gün 14 yaşı olanlara ömürlük qadağan ediləcək

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Böyük Britaniyada siqaretlə “müharibə” planı işə düşüb – Baş naziri Rişi Sunakın göstərişi ilə bu zərərli nəsnəni satın almaq yaşı hər il artacaqdır. Gələcək nəsillərin sağlamlığı üçün hazırlanan plana görə, bu gün 14 yaşında olan bir uşaq həyatı boyunca Britaniyada qanuni yolla siqaret satın ala bilməyəcək.

Rişi Sunak bu planı ilə  hədəfinin son nəticədə heç kimin siqaret satın almaması olduğunu bildirib.

Baş nazir deyib: “Uşaqlarımız üçün doğru olanı etmək istəyiriksə, ilk növbədə gənclərin siqaret çəkməyə başlamasına əngəl olmağa çalışmalıyıq. Çünki, ciddi bir dəyişiklik olmazsa, qarşımızdakı illərdə minlərlə uşaq siqaret çəkməyə başlayacaq və ömürləri qısalacaq”.

İngiltərədə ictimai yerlərsə siqaret çəkmək və 18 yaşından aşağı şəxslərə siqaret satmaq qadağan edilib. İ

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərədə 5 milyondan, Birləşmiş Krallıqda isə 6 milyondan artıq siqaret istifadəçisi var.

Sunak deyib: “Siqaret çəkmək yaşını 18-ə qaldırdığımız zaman bu yaş qrupunda siqaret çəkmək halları 30 faiz azaldı. ABŞ bu icazəni 21 yaşa qaldırdığı zaman, həmin yaş qrupunda siqaret çəkmək halları 39 faiz azaldı”.

1970-ci illərdən bəri adi siqaret çəkmə faizi azalsa da, elektron siqaret çəkənlərin sayı artıb.

Hürr Tərcüman