📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rizvan Fərzəliyev laqeydlikdən gileyləndi: “Milli üçün canımı qoymuşam”

2022-11-01 21:10:00

Rizvan Fərzəliyev laqeydlikdən gileyləndi: “Milli üçün canımı qoymuşam”

Futzal üzrə Azərbaycan millisinin sabiq futzalçısı Rizvan Fərzəliyev ona qarşı diqqətsizlikdən şikayətlənib. Ömrünün xeyli hissəsini Azərbaycan futzalına xidmət edərək keçirmiş, ölkənin ən təcrübəli oyunçularından hesab olunan Fərzəliyev Futzal Federasiyasının ona qarşı laqeyd yanaşmasından gileylənib. 

Onun Qaynarinfo-ya açıqlamasını dinləyək: "Karyeramı bitirmişəm, başqa suallara cavab vermək istəmirəm. Elə də böyük bir səbəb yoxdur. Sadəcə, diqqətsizlik var. Futzalda 23 ilə yaxın əziyyətim olub. Boynuma düşəni artıqlaması ilə etmişəm. Milli üçün canımı qoymuşam. Sağ olsunlar, məni hörmətlə yola saldılar. Artıq hər şey rəhbərliyin insafına qalıb”.