Robert Fitso güllə ilə təhdid edildi!
2024-09-25 15:05:13
Hurriyyet.az xəbər verir ki, Slovakiyanın Nazirlər Kabinetinin əməkdaşları içərisinə güllə qoyulmuş zərf alıblar. Bu barədə "Teraz" portalı məlumat verib.
Jurnalistlərin məlumatına görə, zərf respublika hökumətinin başçısı Robert Fitsoya göndərilibmiş.
Nazirlər Kabinetinin mətbuat xidməti administrasiya əməkdaşları gülləni poçtun səhər yoxlanışı zamanı aşkar ediblər. Hüquq-mühafizə orqanları zərfi kimin göndərdiyini hələ aşkar edə bilməyiblər.
Bəlli olduğu kimi, 2024-cü il mayın 15-də Handlova şəhərində Robert Fitsoya qarşı sui-qəsd cəhdi olmuş, Baş nazir 5 güllə yarası aldıqdan sonra 4 dəfə əməliyyat olunmuşdu.
Hürr Tərcüman