📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Robert Koçaryanın oğlu məhkum idi, deputat oldu

2023-11-14 14:30:04

Robert Koçaryanın oğlu məhkum idi, deputat oldu

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan and içərək rəsmən Ermənistan parlamentinin deputatı olub. O, atasının başçılıq elədiyi “Hayastan” müxalifət fraksiyasının üzvlərindən biridir.

Levon Koçaryan mandatını blokun bir neçə digər üzvü deputat kürsüsündən imtina elədikdən və bunun nəticəsində siyahıda növbə ona çatdıqdan sonra alıb.

2023-cü ilin sentyabrında, Qarabağda aparılan lokal antiterror əməliyyatından sonra Levon Koçaryan İrəvanda hökumətə qarşı etiraz aksiyalarında iştirakına görə polis tərəfindən döyülərək həbs edilmişdi. Həkimlər onda beyin silkələnməsi olduğunu qeydə almışdılar. Ardından onun özünü dörd nəfər polis işçisini döyməkdə ittiham edərək həbs eləmişdilər. Levon Koçaryan noyabrın 6-da, nəzarətxanada ikən deputat mandatı almış, deputat toxunulmazlığı sayəsində azadlığa çıxmışdı.

Hürr Tərcüman