Robert Koçaryanın oğlu saxlanılarkən kəllə-beyin zədələnməsi alıb
2023-09-23 16:09:29
Polisləri döyməkdə ittiham edilir
Hurriyyet.az “Aysor” saytına istindala xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanı dörd nəfər “qırmızı beretli” polis əməkdaşını döyməkdə ittiham edib.
Koçaryanın vəkili Aleksandr Koçubayev isə polis əməkdaşlarının Levonu döydüklərini deyib. Erməni mətbuatının yazdığına görə, Koçaryan saxlanılan zaman polis maşınında döyüldüyü üçün beyni silkələnib, kəllə-beyin zədələnməsi ilə xəstəxanaya aparılıb.
Hürr Tərcüman
