Robert Köçəryan və oğlu SAXLANILDI...
2026-08-25 18:07:07
Ermənistanın Antikorrupsiya Komitəsi Robert Köçəryanın və oğlu Sedrakın saxlanılmasının görüntülərini yayımlayıb.
Hurriyyet.media xəbər verir ki, Ermənistan KİV-lərinin verdiyi məlumata görə, hazırda Köçəryanın kiçik oğlunun evində axtarışlar aparılır.
Məlumatda bildirilir ki, keçmiş prezidentin oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə gətirilib.
Bundan əlavə, səhər tezdən vergi orqanları “Toyota” şirkətinin İrəvan ofisini möhürləyiblər. Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda “Orange Fitness” idman zalındadır.