📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Robot 100 metr məsafəyə qaçışda rekord qırıb

2026-08-23 12:11:28

Robot 100 metr məsafəyə qaçışda rekord qırıb

Çində "İldırım" adlı robot 100 metr məsafəyə qaçışda insan rekordunu keçib.

Hurriyyet.media  xarici mediaya istinadla xəbər verir ki, avqustun 22-dən 26-dək Pekində keçiriləcək Dünya Humanoid Robot Oyunlarından öncə təşkil olunan test yarışında 16 ölkədən 666 komanda və 2056 robot iştirak edib.

"İldırım" 100 metr məsafəni 9,32 saniyəyə qaçaraq yamaykalı idmançı Usain Boltun (9,58 saniyə) dünya rekordunu qırıb. Robot saniyədə 14,5 metr maksimal sürətə çatıb.

Aprel ayında "İldırım" robotu Pekində keçirilən 21 kilometrlik yarımmarafonda da qalib gələrək, 50 dəqiqə 26 saniyəyə finişə çatıb. Yarımmarafonda robotun boyu 169 santimetr, ayaqlarının uzunluğu isə 95 santimetr olub. Mütəxəssislər o vaxtdan bəri Pekin Oyunları ərəfəsində onun ayaqlarını 10 santimetr uzadıblar.