📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Robot taksilərin interneti kəsildi, şəhərdə qarışıqlıq yarandı

2023-08-17 13:35:00

Robot taksilərin interneti kəsildi, şəhərdə qarışıqlıq yarandı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarındakı San Fransisko şəhərindəki robot taksilərin internetlə əlaqəsinin kəsilməsi avtomobil yolunda tıxaca səbəb olub. 10 taksinin internetlə əlaqəsinin kəsildiyi bildirilir. Musiqi festivalında iştirak edənlərin çağırdığı robot taksilərin internetinin kəsilməsi faktını əsk etdirən videolar “İks” (X – keçmiş “Tvitter”) sosial şəbəkəsində yayılıb. Şahidlər “Kruiz” (“Cruise” – səyahət) şirkətinə məxsus robot taksilərin 15 dəqiqə boyunca dördyolları bağladığını və təcili yardım maşınlarının bölgəyə girişini əngəlləyə biləcəyi narahatlığının yarandığını söyləyiblər.

Şirkət “İks” şəbəkəsindəki açıqlamasında musiqi festivalının robot taksilərin maqilsiz əlaqə imkanlarının məhdudlaşmasına səbəb olduğunu, bu problemin üzərində çalışdıqlarını bildirib.

San Fransisko Müşahidə Şurasının sədri Aaron Peskin deyib: “Küçələrimizə yüzlərlə belə avtomobillər yerləşdirirlər. Bu texnologiyanı təkmilləşdirənə qədər fasilə verməli, layihənin üzərində çalışmalıdırlar”.

Polislərlə yanğınsöndürənlərin də sürücüsüz avtomobillərin təcili yardım qruplarının qarşısını kəsdiyi ilə bağlı narahatlıqlarını əks etdirən müraciətlərinin səlahiyyətli şəxslərə göndərildiyi bildirilir.

San-Fransisko yanğınsöndürmə xidmət ötən həftə də daxil olmaqla 2023-cü il ərzidnə 55 robot taksinin təcili yardım müdaxiləsinə mane olduğu faktının qeydə alındığını bəyan edib.

San-Fransisko şəhərində robot taksilərin şəhərin hər bir yerində 7/24 fəaliyyətinə icazə verilib.

Hürr Tərcüman