📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Roma Papası əməliyyat olunacaq

2026-10-11 22:52:03

Roma Papası əməliyyat olunacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun ağciyərində kiçik kütlə aşkarlanıb. 71 yaşlı pontifikin yaxın günlərdə cərrahi əməliyyat keçirəcəyi bildirilib.

Hurriyyet.net  xəbər verir ki, Papa XIV Leo bunu Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasından sonra etdiyi çıxışda deyib.

“Həkimlər müdaxilənin məqsədəuyğun olduğunu düşünürlər. Buna görə də onların məsləhəti ilə düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verdim. Əməliyyatın yaxın bir neçə gün ərzində keçirilməsi planlaşdırılır. Mənəvi dəstəyinizə görə təşəkkür edirəm və özümü dualarınıza əmanət edirəm”, – deyə Papa bildirib.