📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Roma papası: III dünya müharibəsi başlanıb

2022-09-02 19:38:00

Roma papası: III dünya müharibəsi başlanıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Roma papası bəşəriyyətin III Dünya müharibəsinə qədəm qoyduğunu bəyan edib. Papanın çıxışının videoyazısını “Vatican News” agentliyi yayıb.

Papa deyib: “Sentyabrın 1-də II Dünya müharibəsinin başlanmasının (1939-ci il sentyabrın 1-də alman hərbçiləri Polşaya hücum ediblər) ildönümünü qeyd edirsiniz – həmin gün Polşa xalqına ağrı və acı gətirib. Bu gün isə biz III Dünya müharibəsini yaşayırıq. Qoy keçmiş təcrübənin xatirəsi sizə özünüzdə, ailənizdə, ictimai və beynəlxalq həyatda sülh yaratmağa səbəb olsun”.

Roma papasının sözlərinə görə, Vatikanda “sülh intizarı ilə Ukrayna xalqı üçün xüsusi dua edirlər”.

 

Hürr Tərcüman