Roma papası nə vaxt torpağa tapşırılacaq?
2025-04-22 13:27:23
Hurriyyet.az xəbər verir ki, aprelin 21-də vəfat etmiş Roma papası Fransiskin dəfni şənbə günü, aprelin 26-da həyata keçiriləcək.
Papa öz dəfn mərasiminin adi xristianın dəfni kimi sadə keçirilməsini vəsiyyət edib. Onun nəşi Meqəddəs Pyotr kilsəsində, katafalkda yox, qapağı açıq tabutda saxlanılacaq. O, özünə sadə taxta tabut seçib.
Hazırda "Müqəddəs Marfa" evində Papa Fransisk ilə vida mərasimi keçirilir.
Hürr Tərcüman