Roma Papası nəhayət İranda baş verən ümumxalq etirazları ilə bağlı sükutu pozdu
2023-01-10 14:16:00
Roma Papası nəhayət İranda baş verən ümumxalq etirazları ilə bağlı sükutu pozub və bu mövzuya toxunaraq fikirlərini ifadə edib.
İran rejiminin etirazçıları edam etməsini tənqid edən dünya katoliklərinin lideri Papa Fransisk deyib: “Ölüm cəzası dövlət ədaləti üçün istifadə edilə bilməz, çünki bu, məhdudlaşdırıcı faktor deyil və qurbanlar üçün ədaləti təmin etmir, yalnız qisas istəyini artırır”.
O, Milad bayramı münasibətilə etdiyi çıxışında ilk dəfə olaraq İranı "barışığa" çağırıb.
Ülviyyə, Hurriyyet.az