📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Roma Papasının dəfnində Azərbaycanı Milli Məclisin sədri təmsil edəcək

2025-04-24 16:17:58

Roma Papasının dəfnində Azərbaycanı Milli Məclisin sədri təmsil edəcək

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.