📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Roma statutu Ermənistanın maraqlarına uyğundur” – Paşinyanın partiyası öz qərarına haqq qazandırır

2023-10-03 15:58:26

“Roma statutu Ermənistanın maraqlarına uyğundur” – Paşinyanın partiyası öz qərarına haqq qazandırır

“Roma statutunun ratifikasiya edilməsi Ermənistanın maraqlarına uyğundur”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, hakim partiyanın deputatı Sarkis Xandanyan yerli mətbuata açıqlamasında deyib.

Xandanyan bildirib ki, bu qərar Ermənistanın “hüquqi təhlükəsizliyi” baxımından vacibdir. Hakim partiyanın təmsilçisi qeyd edib ki, Roma statutunun qəbulunun Ermənistana yarada biləcəyi təhlükələr hədindən artıq şişirdilib. O, iddia edib ki, bu qərarın verilməsinin Rusiya-Ermənistan münasibətlərinə heç bir aidiyyatı yoxdur və Rusiya hökuməti ilə əlaqələr davam etdirilir.

Bundan öncə Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

“AzPolitika.info”