📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Romada Baydenin kortejinin avtomobili QƏZAYA UĞRADI

2021-10-29 23:55:00

Romada Baydenin kortejinin avtomobili QƏZAYA UĞRADI

ABŞ prezidenti Co Baydenin kortejinə aid avtomobil qəzaya düşüb.

Hadisə Romada baş verib.

Ağ Evdən yayılan məlumata görə, qəza avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Qəzaya uğrayan avtomobildə konkret kimin olduğu isə açıqlanmayıb.

Qeyd edək ki, ABŞ prezidenti G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib. O, artıq Roma Papası Fransisklə görüşüb. \\Oxu.az