📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Romadan Kiyevə dəstək: Ukraynaya hava hücumundan müdafiə sistemləri veriləcək

2022-11-09 11:27:00

Romadan Kiyevə dəstək: Ukraynaya hava hücumundan müdafiə sistemləri veriləcək

İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. Bu barədə İtaliya hökumətinin nümayəndələrindən biri bildirib.
Onun sözlərinə görə, ölkəsi Ukraynanı Fransa-İtaliya istehsalı olan SAMP/T, orta mənzilli “Aspide” zenit-raket kompleksləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə hazırdır.
Qeyd edək ki, İtaliya ilk dəfə fevralın sonunda Ukraynaya silah çatdırıb ki, bunlar da MLRS universal buraxılış qurğuları, Almaniya istehsalı "PzH 2000" özüyeriyən artilleriya qurğuları və zirehli maşınlardan ibarət olub.

Ülviyyə, Hurriyyet.az