📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ronaldo bu klubla razılaşdı, maaşda da güzəşt etdi

2022-11-02 22:21:00

Ronaldo bu klubla razılaşdı, maaşda da güzəşt etdi

“Mançester Yunayted” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın “Sportinq”(Lissabon) klubu ilə razılaşıb.

37 yaşlı hücumçunun Portuqaliyanın ən bahalı evini alması da bununla əlaqədardır. Məlumata görə, “Sportinq"də karyerasına başlayan Ronaldo, bu kluba dönmək üçün maaşda güzəştlər edib. 

Bundan əvvəl, Lissabon təmsilçisinin klubunun rəhbərliyi Ronaldonun transferini xəyal etdiklərini, lakin onun məvacibinin çox olmasının klub üçün problem olduğunu açıqlamışdı.

Qeyd edək ki, "Mançester Yunayted"də əsas heyətə düşməkdə çətinlik çəkən forvardın komandadan ayrılacağı gözlənilir. \\Offsideplus.az