Ronaldo haqda söz-söhbətlərə nöqtə qoyuldu
2022-08-31 19:37:00
"Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun iş yerini dəyişəcəyi ilə bağlı yayılan informasiyalara növbəti dəfə reaksiya verib.
Təcrübəli niderlandlı mütəxəssis məsələylə bağlı bunları deyib:
"Ronaldonun gələcəyi bəllidir. Bizə keyfiyyətli futbolçular lazımdır və belələrinin sayı çox olmalıdır ki, komanda hər matçda sabit oyun sərgiləyə bilsin. Heç Eron Van-Bissaka da heç yerə getmir. Bu heyət ən azı yanvara qədər dəyişməz qalacaq".
Bildirək ki, komandadan ayrılacağı deyilən Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyuna çıxsa da, məshuldar göstəricilərlə yadda qalmayıb.\\Offsideplus.az