Ronaldo koronavirusa yoluxub
2022-11-24 19:59:00
Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.
"Hurriyyət" "Globo" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.
Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.
Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.\\Report