Ronaldo qərarını verdi
2022-07-28 19:38:00
"Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo müqaviləsini ləğv etmək istəyir.
Portuqaliyalı ulduz növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək komandaya transfer olunmaqda israrlıdır.
Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə geri dönüb. Onun klubla sözləşməsi 2023-cü ilin yayında başa çatır. \\Offsideplus.az