📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ronaldo və Messi yenidən üz-üzə - Biletlər bir neçə dəqiqəyə tükəndi

2023-01-14 23:07:00

Ronaldo və Messi yenidən üz-üzə - Biletlər bir neçə dəqiqəyə tükəndi

Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

Lionel Messi və Kriştiano Ronaldonu üz-üzə gətirəcək qarşılaşmaya böyük maraq var.

Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Qeyd edək ki, Messi PSJ-nin, Ronaldo isə "Əl Nəsr"in formasını geyinir. \\Milli.Az