📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ronaldo yenidən İtaliya klubunda?

2022-05-28 22:00:00

Ronaldo yenidən İtaliya klubunda?

"Mançester Yunayted" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo İtaliya "Roma"sına keçə bilər.

Klubun amerikalı sahibi Dan Fridkin Konfrans Liqasını qazandıqdan sonra, komandaya ulduz oyunçu cəlb etmək niyyətindədir.

Xarici mətbuatda yayılan xəbərlərə görə, bu futbolçulardan biri Ronaldodur. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyo onu "Real"la işlədiyi vaxtdan tanıyır. Ronaldonun gəlişi klubun həm iqtisadi, həm də idman baxımından inkişafına səbəb ola bilər. 

Qeyd edək ki, Ronaldo ötən ilin yayından "Mançester Yunayted"də çıxış edir. \\Offsideplus.az