📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ronaldodan ŞOK AÇIQLAMALAR: “Mənə xəyanət etdilər, ona hörmət etmirəm”

2022-11-14 10:04:00

Ronaldodan ŞOK AÇIQLAMALAR: “Mənə xəyanət etdilər, ona hörmət etmirəm”

“Mançester Yunayted” mənə xəyanət etdi. Erik Haqa hörmət etmirəm. Çünki o mənə hörmət etmirdi. Əgər mənə hörmət etməsən, mən də sənə hörmət etmərəm”.

Hurriyyet.az xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “The Sun” qəzetinə müsahibəsində deyib.

"Məni davamlı olaraq komandadan getməyə məcbur edirdilər. Vəziyyətin pis olmasında məni günahlandırdılar. Bunu təkcə texniki direktor yox, klub ətrafındakı bəzi insanlar etdi. Özümü xəyanət edilmiş hiss etdim, "Mançester Yunayted"də çox zərbə alım", - Ronaldo deyib.

O, klubun keçmiş futbolçusu Ueyn Runi və "Mançester Yunayted"dən getməsi haqda bunları deyib: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm (Runini nəzərdə tutur). Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə futbol oynadığım halda sənin futboldan təqaüdə çıxmağına görədir. Pikassonun dediyi kimi, bərpa etmək üçün məhv etməlisən. Əgər onlar mənimlə başlasalar, bu, problem deyil. "Mançester Yunayted"i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər. Amma onlar başqa şey etmək istəyirlərsə, etsinlər. Onlar çox şeyi dəyişməlidirlər. Komandadan getməyə hazıram".