📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ronaldu ilə Messinin komandaları qarşılaşacaqlar

2024-01-31 13:09:23

Ronaldu ilə Messinin komandaları qarşılaşacaqlar

Hurriyyet.az xəbər verir ki, fevralın 1-də Səudiyyə Ərəbistanında yerli "Əl Nəsra" klubu ilə Amerikanın "İnter Mayami" klubu arasında yoldaşlıq görüşü keçiriləcək.
Bu oyuna xüsusi diqqət yönəldilib. Çünki komandalarda Kriştianu Ronaldu ilə Lionel Messi çıxış edirlər.
Görüş yoldaşlıq turniri çərçivəsində, Ər-Riyadın "Kingdom Arena" stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 21.00-da keçiriləcək.  
Ronaldu zədəli olduğundan onun oyunda iştirak edib-etməyəcəyi bəlli deyil. Ronaldu meydana çıxa bilsə, bu onun Messi ilə 35-cı qarşılaşması olacaq. Bundan əvvəlki görüşlərdə Messi 16, Ronaldu 11 dəfə qalib olub, iki ulduzun 9 qarşılaşması heç-heçə ilə nəticələnib.
Hürr Tərcüman