Roqozin bədənindən çıxarılan qəlpəni prezident Makrona ismarladı
Roqozin özünün teleqram kanalında yazıb ki, onu 21 dekabr tarixində Donetskdəki "Şeş-Beş" restoranında fransız qaubitsası ilə yaralayıblar və bədənindən çıxarılan qəlpəni Frransız səfirinə göndərib.
Rusiya KİV-ləri xəbər verirlər ki, Roqozin məktubla Fransa istehsalı olan "Caesar" sursatının qəlpəsini səfirə yollayıb və bu hədiyyəni prezident Emanuel Makrona təhvil verməsini xahiş edib.
O işğal altındakı Donetskdə fransız “Caesar” haubitsasının açdığı atəşlə yaralandığını və Fransanın hər şeyə görə cavab verəcəyini iddia edib. O ifadə edib ki, bundan başqaları da əziyyət çəkib: “Fransız haubitsasının atdığı bu mərmi mənim iki gənc dostumu öldürdü, arvadlarını dul, uşaqları yetim qoydu. Bu uşaqlar Baykonur səfərində bizi müşayiət edirdilər, siz onlarla əl sıxışdınız. İndi onlar sizin ölkəniz tərəfindən Ukraynaya verilən silahlarla öldürülüb”, deyə Roqozin səfirə yazıb.
Məlumatlara görə, Fransa həqiqətən də Ukraynaya 18 "Caesar" qaubitsası tədarük edib. Fransa rəsmiləri hələ ki, Roqozinin bəyanatını şərh etməyib.
Ülviyyə, Hurriyyet.az