📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rosatom”un rəhbəri Türkiyəyə gedir – zəlzələ AES tikintisinə təsir edibmi?

2023-02-21 14:04:00

“Rosatom”un rəhbəri Türkiyəyə gedir – zəlzələ AES tikintisinə təsir edibmi?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın “Rosatom” şirkətinin başçısı Aleksey Lixaçev Türkiyəyə səfər edəcək. Səfər zamanı “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi layihəsinin reallaşdırılması məsələsi müzakirə ediləcək.

Lixaçev Türkiyə rəhbərliyi ilə görüş keçiriləcəyini, “Akkuyu” stansiyasının tikildiyi sahəyə gedəcəyini bildirib. O, Türkiyəni sarsıdan təbii fəlakətin obyektin tikintisinə heç bir təsir göstərmədiyini qeyd edib. Tikintidə zədələnmə halları baş verməyib, görülən işlər dayandırılmayıb. Sadəcə bəzi texnikalar zəlzələ zonasına cəlb edilib. Lixaçev zərərçəkənləyə köməyin layihənin vaxtında bitirilməsindən daha mühüm olduğunu qeyd edib.

Hürr Tərcüman