📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rosatom"un sabiq rəhbəri Roqozinə hücum Donetskdəki "Şeş-Beş" resoranında baş tutub...

2022-12-23 13:06:00

KİV-lərdə yayılan məlumatlara görə, "Roskosmos"un sabiq rəhbəri Roqozin Ukraynaynın Rusiya tərəfindən işğal edilmiş Donetsk bölgəsində hücuma məruz qaldığı və yaralandığı bildirilirdi. Roqozin 59 yaşını qeyd etmək üçün təşkil edilən qonaqlıqda hücuma məruz qaldı.

Məlumatlara görə, Roqozin aşağı ətrafda yumşaq əzələ bölgəsində, başın yumşaq əzələlərində və sol budunda qəlpə yarası alıb. 
Onunla birgə, "Roskosmos"un top-meneceri də Donetskdə gülləborana düşüb. Roqozin "Rosatom"un rəhbərliyində olan vaxt daxili audit xidməti rəhbəri olan Artyom Melnikov da hücumdan nəsibini alaraq yaralanıb və qondarma "DXR" hökumətinin başçısı Vitaliy Xotsenko da hadisə yerində olub. "Wargonzo"nun məlumatına görə, iki cangüdən ölüb. 
Hadisənin ən maraqlı məqamı budur ki, Roqozinə hücum əməliyyatı Donetskdə "Şeş-Beş" adlı Azərbaycan restoranında baş verib. Twitter sosial şəbəkəsində yayılan məlumatlardan bəlli olur ki, Donetsk rus işğalı altına düşdükdən sonra "Şeş-Beş" resoranı azərbaycanlı sahibi Malik adlı şəxsin əlindən alınıb, amma işçi heyəti əvvəlki tərkibdə qalıb. 

Ülviyyə, Hurriyyet.az