“Rostov qiyamçıların nəzarətindədir”, “Vaqner” Moskvanın 3 vertolyotunu vurub", "Vətəndaş müharibəsi gedir"
Hurriyyet.az Unian.net portalına istinadla xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik xidmətinin istefada olan zabiri, 2014-cü ildə Donbassda “rus baharı”nın əsas simvollarından olan İqor İvanoviç Strelkov (əsl adı İqor Vsevolodoviç Qirkin) öz “Teleqram” kanalında Rusiyada vətəndaş müharibəsinin başlandığını, səhərin erkən saatlarında vaqnerçilərin rəhbərinin Rostovu ələ keçirdiyini, Rusiya ordusunun Rostov vilayətindəki Cənub Hərbi Dairəsi qərargahının və RF DİN-in Rostov şöbəsinin Priqojin tərəfdarlarının nəzarəti altına keçdiyini, Priqojinin Rusiya hökumətini Moskva üzərinə yürüşlə təhdid elədiyini yazıb.
Strelkov həmçinin, “Vaqner” muzdluluarının bu gecədən bəri artıq Rusiya ordusuna məxsus üçüncü vertolyotu vurduqlarını qeyd edib.
Hürr Tərcüman
