📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rostovda bütün kütləvi tədbirlər ləğv edildi

2023-06-24 09:56:00

Rostovda bütün kütləvi tədbirlər ləğv edildi

Həftəsonu Rostovda planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.

“Həftəsonu Rostovda planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edildi”, - o yazıb.

Qolubev, həmçinin şəhər sakinlərini şəhərin mərkəzinə getməməyə və evlərini tərk etməməyə çağırıb.

Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostova daxil olduğunu bildirib: “Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib”. O, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini qeyd edib.